Mozambik Respublikası haqqında nə bilirsiniz?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Keçmişdə Portuqaliyanın müstəmləkəsi olan, 1975-ci ildə müstəqillik qazanan cənub şərqi Afrika dövlətidir. Ölkənin şərqini Hind okeanının suları yuyur, şimalında Tanzaniya, şimal qərbində Mali və Zambiya, qərbində Zimbabve, cənubunda isə Svazilend və CAR yerləşir. Cənub sahilləri alçaq olub bəzi yerlərdə bataqlaşmışdır. Sahildə Beyra, Maputu, Nakala və Pemba kimi təbii limanlara malikdir.

İqlimi şimal hissədə subtropik musson və cənubda tropik passatdır.

Paytaxtı Maputu şəhəridir. İxracatında əsas yeri alüminium, krevetka, şəkər, pambıq, sitrus meyvələri, meşə materialları üstünlük təşkil edir. İdxalatında maşınqayırma məhsulları, nəqliyyat vasitələri, yanacaq, kimya və toxuculuq sənayesi məhsulları üstünlük təşkil edir.

0 points