Bataqlıqlar necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Bataqlıqlar hidrosferin tərkib hissəsi olub yüksək nəmlənmiş ərazilərdə yaranırlar. Bataqlıqlarda torfun qalınlığı 30 sm-dən çox olur, daha doğrusu torfun qalınlığı 30 sm-dən çox olan yüksək nəmlənmiş ərazilər bataqlıq adlanır. Deyilənə görə ilk bataqlıqlar paleozoy erasının silur və devon dövrlərində yaranmışlar.

Bataqlıq müxtəlif səbəblərdən yarana bilər. Əsasən yağıntının yüksək olduğu düzənlik ərazilərdə axının formalaşmasına şərait olmadıqda (Amazon hövzəsində və Afrika cəngəlliklərində olduğu kimi), daimi donuşluğun olduğu yerlərdə filtrasiyanın çox zəif olduğu və ya heç olmadığı yerlərdə ( Rusiya və Kanadanın şimal ərazilərində), dənizin sahili basması nəticəsində, çayların sahilində, göllərin quruması nəticəsində və s. yarana bilir. 

Dünyanın ən böyük bataqlığı Pantanal (boliviya və Paraqvay ərazisində yerləşir) sayılır, bundan başqa Qərbi Sibirdə, Ukraynada (Polesiya) və başqa yerlərdə geniş ərazini tutan bataqlıqlara rast gəlmək olur.

0 points