Bataqlıq nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

İfrat dərəcədə nəmlənmiş, torfun qalınlığınım 30 sm dən çox olduğu ərazilərə bataqlıq deyirlər. Bataqlıqlar müxtəlif yollarla yarana bilir. Yağıntinin miqdarı həddindən çox olduqda, yeraltı sular səthə yaxın olduqda, filtrasiyanın çox zəif olduğu yerlərdə (məsələn daimi donuşluq ərazilərində), göllər quruduqda, çaylar daşıb sahili basdıqda, dəniz sahillərində və s.

Bataqlıqlara ən çox ekvatorial, mülayim və subarktik qurşagda rast gəlinir. Dünyanın ən böyük bataqlığı Braziliyanın cənub qərbində yerləşən Pantanal bataqlığıdır. Bu bataqlıqda nadir və qorxulu heyvanlar yaşayır.

Bataqlıqların çox böyük əhımiyyəti var .Onlar çayları qidalandırır. Orada toplanmış torfdan yanacaq kimi və təbii gübrə kimi geniş istifadə edilir.

0 points