Batabat gölü haradadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Azərbaycan Respublikasının Naxşıvan Muxtar Respublikası ərazisində yerləşən Batabat gölü mənşəyinə görə uçqun bənd mənşəlidir. Göl Zəngəzur silsiləsində yerləşən Salvartı (3000 metr) dağında, dəniz səviyyəsindən 2424 metr hündürlükdə yerləşir.

Gölün ərazisi Şahbuz Dövlət təbiət qoruğunun bir hissəsini təşkil edir. 16 hektar sahəni əhatə edən bu şirinsulu göl suyunu əsasən yağış və Zorbulaq çayının suyundan götürür.

Gölə tökülən bulaqların suyundan mədə bağırsaq xəstəliklərinin müalicəsidə istifadə olunur.

Gölü maraqlı edən səbəblərdən biri də orada üzən adanın olmasıdır. Sfanqum mamırlarından ibarət olan bu ada külək vasitəsi ilə gölün müxtəlif yerlərinə aparılır. Gölün turizm potensialı böyükdür.

0 points