Barnaul şəhəri hansı ölkədədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Barnaul şəhəri Rusiya Federasiyasının Altay vilayətinin inzibati mərkəzidir. Şəhər Qərbi Sibirin cənubunda Barnaul çayının sahilində yerləşir.

Kontinental mülayim iqlimə malik olan şəhərdə qış şaxtalı yay isti rütubətli keçir. Ən soyuq ay sayılan yanvarın orta temperaturu -15.5 dərəcə və ən isti ay olan iyulun orta temperaturu 19.9 dərəcədir. İllik yağıntının miqdarı 433 mm olub əsasən yay mövsümündə düşür.

1730-cu ildə, gümüşəritmə zavodu ətrafında əsası qoylan bu şəhər hazırda böyük sənaye, mədəniyyət, tibb və Sibirin ən böyük təhsil mərkəzidir. Şəhərdə XVIII-XIX əsrlərə aid memarlıq abidələri var. Arxeoloji qazıntılar nəticəsində ərazinin daş dövründə məskunlaşmış olması güman edilir.

0 points