Bal niyə xarab olmur?
Qidaların xarab olması göbələk vəya bakteriyaların qidalar üzərində çoxalmağa başlaması ilə əlaqədardır. Buda qidalarda xarab olma, çürümə, kiflənmə kimi problemlər yaradır. Bütün canlıların yaşamaq üçün suya ehtiyacı olduğunu bilirik. Yəni su yoxdursa həyat yoxdur (kista və spor kimi hüceyrələri çıxmaq şərti ilə). Balın tərkibində yaşamağa bəs edəcək qədər su yoxdur. Buna görə də, xarab olmaya səbəb olacaq bakteriyaların yaşaması üçün əlverişli mühit deyil.
Bəzən açıq yaraların yanıqların üzərinə bal sürtməyində səbəbi bundan irəli gəlir. Tərkibində su olmayan bal bir təbəqə kimi sürtüldüyü yeri bağlayır həm bakteriya və göbələklərin keçməsinin qaşısını alır, həmdə həmin mühitdəki suyu çəkir və əvvəldən də olan zərərli orqanizmlərin çoxalmasının qarşısını alır.
Balın xarab olmasının tək səbəbi tərkibində qarışıq olması vəya düzgün olmayan saxlama şəratindən asılı olaraq xarlamasıdır.