Qarışqa neçə il yaşayır?
Tornado answered
Qarışqa həşəratlar içərisində ən uzunömürlülərdən sayılır. Qarışqalar kaloniya halında yaşayan həşəratlardır. Kaloniya ana qarışqa, işci qarışqalar, əsgər qarışqa və erkək qarışqalardan ibarət olur.
Ən uzunömürlü ana qarışqadır və 20 il yaşayır. Əsgər qarışqalar 2 il, erkək qarışqalar cütləşmə vaxtına qədər və ən az işci qarışqalar yaşayırki bunlarda 45-60 gün yaşayır.
Qarışqalar 100 milyon ildən çoxdu ki, yer üzərində yaşayırlar və dünyanın hər yerınə yayılıblar. Qarışqalar öz ağırlıqlarının 20 qatını qaldıra bilirlər.
Qarışqaların 9 min 500 növü vardır. Ən çox isti iqlimdə yaşayırlar. Bütün həşəratlar arasında ən böyük beyin qarışqanındır. Ən böyük qarışqanın uzunluğu 2,54 sm-dir. Ən kiçik qarışqa isə 1mm-in 10 da 1-i uzunluqdadır.