Tornado answered
Bafa gölü Türkiyə ərazisində yerləşir. Göl Böyük Məndərəs çayının dərəsində, Egey dənizinin sahilindədir.
Bafa gölünün sahəsi 65 km-dir. Göl vaxtilə Egey dənizinin bir hissəsi olub çayın gətirdiyi çöküntülərin toplanması və delta formalaşması nəticəsində dənizdən ayrılmışdır. Hazırda çayla gölü kanal birləşdirir.
1985-ci ildə göl sahilində olan əkinçilik sahələrini daşqınlardan qorumaq üçün çayın qabağında bənd tikilmişdir. Gölün ən dərin yeri 25 m, orta dərinliyi isə 5 m-ə bərabərdir. Göldən suvarmada, rekerasiya məqsədi ilə və balıq ovlamaq öçün istifadə olunur.
