Tornado answered
Volqa çayı hövzəsinə aid olan Ufa çayının sol qolu Ay çayı Rusiya Federasiyasının Başqırdıstan Respublikası və Çelyabinsk vilayətinin ərazisindən axır.
Ay çayının uzunluğu 549 km-ə bərabərdir. Çayın qidasını əsasən qar suları təşkil edir. Üzərində su anbarı və çoxlu sayda göl var. Qış aylarında çay buz bağlayır.
Başlanğıcını Ural dağlarında olan Avalyak və Urenqa silsilələrindən götürür.
