Atmosfer cəbhəsi nədir?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Fiziki xassələrinə görə bir birindən fərqlənən hava kütlələri arasındakı sərhəddə atmosfer cəbhəsi deyirlər. Burada iki müxtəlif xarakerə malik olan hava yanaşı və ya biri digərinin üzərində hərəkət edə bilir. 

Cəbhə zonası eni bir neçə klometr uzunluğu isə min kilometrlərlə olan zolaq əmələ gətirir. Cəbhə zonasının hündürlüyü isə 12-15km ola bilir. Hərəkət edən hava kütlələri arasında kəskin sərhəd olmadıqda onlar yavaş-yavaş bir birinə qarışaraq stasionar cəbhə yaradırlar. Onlar arasında kəskin fərq olduqda isə isti hava soyuq havanı sıxışdırdıqda isti cəbhə, əksinə soyuq hava isti havanı sıxışdırdıqda isə soyuq cəbhə yaranır.

Cəbhə zonalarında laylı, laylı yağış və topa yağış buludları əmələ gələrək, bulud, külək  və yağış yağması müşahidə edilir.

0 points