Tornado answered
Okean və dənizlərlə əlaqəsi olmayan materiklərin daxilində yerləşən çay və göllərə axarsız hövzələr deyilir. Bunlara adətən quraq iqlimə malik regionlarda rast gəlinir. Bu ərazilər materiklərin daxili bölgələrində yerləşirlər.
Dünyanın ən iri axarsız hövzələri Xəzər, Aral, Urmiya, Eyr və s. göllərini misal göstərə bilərik. Bu hövzələr adətən şorsulu olurlar. Xəzər dənizi dünyanın ən böyük axarsız hövzəsi hesab olunur.