Avstraliya ərazisi 6 ştata və 2 materik ərazisinə bölünür. Materik ərazilərinin statusu statların statusundan fərqli olub Federal parlament tərəfindən ərazi parlamentinin və vermiş olduğu qanun ləğv edilə bilər. Ancaq stat parlamentinin verdiyi qanun Avstraliya konstitusiyasının 51-ci paraqrafında qeyd olunmuş hallarda ləğv oluna bilər.
Viktoriya ştatı-Avstraliyanın cənub şərqində yerləşir. Əhalisi ən çox olan ştatdır. Mərkəzi Melburn şəhəridir; Qərbi Avstraliya ştatı-Avstraliyanın ən böyük ştatı olub mərkəzi Pert şəhəridir; Kvinslend ştatı-Avstraliyanın şimal şərqində yerləşir. Turizmin ən yaxşı inkişaf etdiyi ərazilərdəndir. Mərkəzi Brisben şəhəridir; Yeni Uels-Avstraliyanın cənub şərqində yerləşən ştat olub əhalinin ən sıx məskunlaşdığı statdır. Ştatın mərkəzi Sidney şəhəridir; Tasmaniya ştatı-Avstraliyanın adada yerləşən və ondan Bass boğazı ilə ayrılan ştatı olub mərkəzi Xobat şəhəridir; Cənubi Avstraliya ştatı-Avstrliyanın cənubunda yerləşir və mərkəzi Adelada şəhəridir.
Şimal ərazis-Avstraliyanın şimalında yerləşir və mərkəzi Darvin şəhəridir; Paytaxt ərazisi Avstraliyanın cənub şərqində yerləşir. Ərazinin və ölkənin mərkəzi Kanberra şəhəridir.