Aviasiya sənayesi aviasiya avadanlıqlarının istehsalını, inkişafını, təmirini, sınaqdan keçirilməsini, istifadəsini həyata keçirən sənaye sahəsidir.
Təyyarə istehsalı ən sərfəli və sərmayə gətirən bir sahə olub onun tam istehsalını çox az dövlət həyada keçirir.
İri həcmli sərnişin təyyarələri bir neçə ölkədə istehsal olunur ki, bunlardan “Airbus“ (AB) və “Boinq“ (ABŞ), daha az sərnişin tutumlu təyyarələr ABŞ, Kanada, Rusiya, Braziliya, İran, Ukrayna və s.-ni misal göstərə bilərik.
Sietl, Viçita, Kanzas, Deyton, Sent-Luis (ABŞ), Monreal, Toronto (Kanada), Tuluza (Fransa), Hamburq (Almaniya), Bristol (B.Britaniya), Komsomolsk-na-Amure, İrkutsk (Rusiya), Kiyev, Xarkov (Ukrayna), Naqoya (Yaponiya), San Joze dos Kompus (Braziliya) şəhərlərində dünyaca məşhur aviasiya zavodları fəaliyyət göstərir.