Tornado answered
Hər yerdə təzyiq eyni olsaydı havanın hərıkəti baş verməzdi. O, zaman okeandan buxarlanan su ancaq okeana yağıntı verərdi, quru isə susuz səhralardn ibarət olardı.
Atmosfer təzyiqi havanın yer səthinə etdiyi ağırlıq qüvvəsinə deyilir. Yer kürəsinin hər yerində təzyiq eyni deyil, O əsasən iki amildən asılı olaraq dəyişir-hündürluk və temperatur. Hündürlük artdıqca təzyiq azalır, çünki hava seyrəkləşir. Temperatur artdıqca da təzyiq azalır, çünki isti hava yuxarı qalxır və yer səthinə etdiyi təzyiq azalır. Havanın sıx və seyrək olması nəticəsində hava axını yaranır ki, bu da istiliyin və rütubətin yerdəyişməsinə səbəb olur.