Atmosfer hansı qatlardan ibarətdir ?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Yer atmosferi aşağıdakı qatlardan ibarəddir. Ən aşağıdakı yerlə birbaşa təmasda olan qat troposfer adlanır. Onun qalınlığı hər yerdə eyni deyil. Orta qalınlığı 11km, ekvatorda 16-18km, qütblərdə 8-9km-ə bərabərdir. 

Atmosfer kütləsinin 80%-i bu qatda yerləşir. 2-ci qat statosfer adlanır və bu qatda qoruyucu ozon təbəqəsi yerləşir. 3-cü qat mezosfer təbəqəsidir. Burada havanın sıxlığı 200-220 dəfə azdır. 4-cü termosfer qatıdır. Bu qatda qoruyucu ionosfer təbəqəsi yerləşir. 5-ci ekzosfer təbəqəsidir ki, buna yer tacı da deyirlər.

0 points