Şimal qərbi Afrikanın ən böyük dağ sistemi olub Mərakeş, Əlcəzair və Tunis ərazisində yerləşir. Bu dağlar Aralıq dənizi ilə Böyük Səhranı bir-birindən ayırır. Bu ərazilərdə əsasən Ərəblər və bərbərlər yaşayırlar.
Atlas dağları aşağıdakı silsilələrdən ibarətdir. Tell Atlas, Hündür Atlas, Orta Atlas, Saxara Atlası və mərkəzi yaylalardan Hündür yayla, Mərakeş Yaylası və Meseta yaylası.
Atlas dağlarının mövcudluğu haqqında ilk məlumatları finikiyalılar və Hannan vermişdir. Atlas dağları haqqında ən geniş yazılara eramızdan əvvəl II əsrdə yaşamış Maksim Tirin yazılarında rast gəlinir.
Atlas dağları cavan dağlar olub Avrasiya və afrika litosfer tavalarının qarşılaşma zonasında yaranmışdır. Bəziləri isə Atlas dağlarının daha qədim dağlar olduğunu düşünürlər.