Tornado answered
Mərkəzi Asiyada yerləşən bu şəhər Türkənistan Respublikasının paytaxtıdır. Ölkənin cənubunda İranla sərhəddin 25 kilometrliyində Turan ovalığında yerləşir. Dünyanın ən qədim şəhərlərindən olan köhnə Aşqabad şəhərinin yaşının 8 min ildən çox olduğu güman edilir. Yeni Aşqabad onun 20 kilometirliyində 1881-ci ildə rus hərbiçiləri tərəfindən salınıb. İqlimi subtropikin kontinental tipidir. Qış soyuq, yayı isə çox isti keçir. İllik yağıntının miqdarı çox az olub 199 mm-ə bərabərdir.
Şəhər ölkənin inzibati mərkəzi olmaqla yanaşı həm də siyasi, sənaye, maliyyə, ticarət, elm və mədəniyyət mərkəzidir.
2011-ci ildə istifadəyə verilmiş şəhərin ən böyük şərq bazarı olan "Altun əsr" bazarı 154 hektar sahəni əhadə edir.