Akkra şəhəri hansı ölkənin paytaxtıdır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Qərbi Afrikada liman şəhəri olan Akkra Qana Respublikasının paytaxtıdır. Əsası XVI əsrin 1-ci yarısında qoyulan şəhərin adı əvvəllər burada yaşamış akkra xalqının adından götürülmüşdür. Şəhər Atlantik okeanı sahili boyu uzanır.

Akkra şəhəri Qvineya körfəzi sahilində savannalarla örtülmüş təpəli düzənlikdə yerləşir. Buranın iqliminin formalaşmasında Atlantik okeanının və Volta çayının təsiri böyükdür.

Sonralar Avropalıların bura gəlməsi ilə şəhər mühüm ticarət mərkəzinə çevrilmişdir. Hal-hazırda şəhər ölkənin ən böyük ticarət və sənaye mərkəzidir.

0 points