Arumınlar Balkan yarımadasının cənubunda yaşayan xalqlardır. Əsasən Yunanıstan, Albaniya, Makedoniya, Rumıniya ərazisində yayılıblar.
Apumınların dili roman dil qrupuna daxil olub rumın dilinə daha yaxındır. Yazıları latın və kiril əlifbası ilədir.
Dininə görə əksəriyyəti pravoslavdırlar. Ancaq Albaniyada yaşayanların bir hissəsi müsəlman dininə sitayiş edirlər.
Albaniya ərazində, hal-hazırda aroman dilində danışmayanlar da nəzərə alınarsa, əhalinin 2%-ni təşkil edirlər. 13 oktyabır 2017-ci ildə aromanlar səsvermə yolu ilə Albaniya Parlamentində etnik azlıqların rəsmi statusunu aldılar.
Makedoniyada yaşayan arumınlar etnik azlıq olaraq tanınırlar və oz dillərində təhsil hüququndan istifadə edirlər. Makedoniya hökuməti onlara hər cür maliyyə yardımı edir.
Rumıniyada 100.000 və bəzi mənbələrdə 250.000-ə qədər aromıan olduğu güman edilir. Burada onları bəzən makedonlar adlandırırlar və əsasən Dobruca şəhərində yaşayırlar.