Aruba adası hansı okeandadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Niderlanda aid olan Aruba adası Atlantik okeanının Karib hövzəsində olan kiçik Antil adalarına daxildir. Venesuela yaxınlığında yerləşən bu ada 1499-cu ildə ispanlar tərəfindən kəşf edilmişdir. Adanın sahəsi 193 kv. kilometrdir.

Aruba adası quru tropik iqlimə malikdir. İllik orta temperatur 28 dərəcə olub il ərzində çox az dəyişir. İllik yağıntının miqdarı 432 mm olub ən çox oktyabr-noyabr aylarında düşür.

Paytaxtı Qranyastad şəhərində ada əhalisinin əksəriyyəti məskunlaşıb. Qarışıq xalqlar yaşayır. Yerli danışıq dili papyamento, rəsmi dövlət dili isə flamand dilidir. Adanın əsas gəlirini (təxminən 66%-ni) xidmət sahəsi verir.

0 points