Solomon adaları hansı okeandadır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Sakit okeanın cənubunda, Papua -Yeni Qvineyanın şərqində yerləşən Solomon və ya Süleyman adaları Meloneziya adalar qrupuna daxildir. Sahəsi 28.450 min kv.km olub 990-dan çox adadan ibarətdir. 1568-ci ildə İspan dəniz səyyahı Alvaro Mendanya de Neyra tərəfindən kəşf olunmuşdur. Uzun illər müstəmləkə həyatı yaşayan ölkə 1978-ci il iyulun 7-dən bəri müstəqil dövlətdir.

Solomon adaları subekvatorial iqlimdə yerləşir. Burada illik yağıntının miqdarı 2300-2700 arasında dəyişir. Adalar seysmik fəal ərazidə yerləşir. Zəif iqtisadiyyata malik kasıb ölkələr içərisindədir.

0 points