Arılar niyə qarnı üstə suya düşdükdə ölürlər?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Arılar qarnı üstə suya düşdükdə ölürlər. Bunun səbəbi isə arıların bizim kimi burunları yoxdur. Bu səbəbdəndə qarın ətrafında bir neçə dəliklər vasitəsi ilə tənəffüs edirlər.

Suya qarnı üstə düşdüklərində isə tənəffüs funksiyasını yerinə yetirən həmin bu dəliklərə su dolur və nəfəs ala bilmirlər. Buda ölümə səbəb olur. Belə tənəffüs dəlikləri təkcə arıda deyil bir çox başqa həşəratdada var.

Arılar uçan həşəratlar sinifinə aiddirlər. Dünyada 20 mindən çox növü vardır. Demək olarki bütün dünyaya yayılıb. Yalnız Antraktidada arılara rast gəlinmir.

Arılar 3 qrupa bölünür: Ana arı, erkək arı, dişi və ya işçi arı. İşçi arının ömrü 40 gündür. 17-18 günlük arılar bala çıxara bilirlər.

0 points