Tornado answered
Kənar dənizlər qrupuna daxil olan Arafur dənizi Hind okeanında Avstraliya materiki, Yeni Qvineya, Tanimbar və Kay adalarının arasında yerləşir.
Dənizin orta dərinliyi 186, ən dərin yeri isə 3680m-dir. Yayda şimal qərb, qışda cənub şərq mussonlarının təsiri altındadır. Arafur dənizi şərqdən Torres boğazı vasitəsi ilə Mərcan dənizi ilə, qərbdən Timor dənizi, şimal-qərbdən Banda və Seram dənizləri ilə əhatələnib.
Arafur dənizində tez-tez tropik tayfunlar müşahidə edilir. Dənizin səth sularının temperaturu çox da dəyişmir, ən yüksək temperatur dekabr-fevral aylarında 28.4 dərəcə, ən aşağı temperatur isə iyul avqust aylarında 26.1 dərəcə olur.
