Apartheid Rejimi nədir?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Cənubi Afrikada 1994-cu ilə qədər davam edən irqçi rejim cəmiyyətdə hələdə davam edən həssas nöqtələrdən biridir. Bu təbii zəngin ölkənin kasıb və qara əhalisi təkcə rənglərinə görə ağdərililər tərəfindən “ikinci insan” olaraq yaşamağa məcbur olmuşlar.

Cənubi Afrikadakı irqçi rejimi adlandırmaq üçün istifadə edilən Apertheid sözü Niderland dilindən gəlir və “ayrı-seçkilik” mənasındadır. Bu normaldır çünki, Cənubi Afrikadakı irqçi rejimin əsasını ölkəni uzun zaman idarə etmiş Hollandlar qoymuşdur.

Daha sonra isə Millətlər arası terminalogiyada irqçilik siyasətinin hökm etdiyi ölkələrdə idarə edilən rejimlərədə Apartheid rejimi deyilməyə başlandı. 1948-ci ildən 1994-cü ilə qədər davam edən bu rejim gerisində milyonlarca zərərçəkmiş saxladı və tarixədə Nelson Mandela kimi ədalət müdafiyəçisi bəxş etdi.

0 points