Tornado answered
Ansi gölü Fransanın ikinci böyük gölü olub Overn-Pona-Alpları regionunun Yuxarı Savoyya rayonu ərazisində yerləşir. Gölün sahəsi 27.59km², maksimal dərinliyi 82 metrdir.
Ansi gölü 18 000 il bundan əvvəl Alp buzlaqlarınıın əriməsindən yaranıb. Hazırda göl suyunu İp, O-Mort, Lodon, Bortnet, Bolon kimi bulaqlardan götürür. Göl ən çox su idman növü ilə maraqlanan turistləri cəlb edir.
Ansi gölününü kənarında Ansi (Annesi) şəhəri yerləşir. Hər il iyun ayında burada Beynəlxalq kinoanimasiya festivalı keçiyilir.