Tornado answered
Uzunluğu 2824 km olan Amur çayı Sakit okean hövzəsinə aiddir. Amur üç ölkə ərazisindən axır Rusiya, Çin, Monqolustan. Çay Oxot dənizinə tökülür. Çayın adı tunqus-mancuriya dilində "amar" və "damur" sözlərindən götürülüb mənası "böyük çay" deməkdir.
Amur hövzəsində nisbətən quraq ərazilərdə, əsasən cənub qərbində yağıntının miqdarı 250-300 mm, cənub şərqində isə 750 mm yağıntı düşür. Amur çayına aşağıdakı qollar tökülür: Zeya, Bureya, Sunqari, Ussuri və s. Amur çayı Şərqi Asiyanın mülayim qurşağında yerləşir. Çayın hövzəsi 4 fiziki coğrafi zonaya ayrılır. Meşə, meşəçöl, çöl, yarımsəhra.
