Amerikada heyvandarlıq təsərrüfatları necə adlanır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Kənd təsərrüfatının inkişaf etdirilməsinin metodlarından olan ranço əsasən Amerika qitəsinin heyvandarlıq təsərrüfatlarında geniş yayılmışdır. Bu iri heyvandarlıq təsərrüfatları Avropalılar tərəfindən Amerikanın müstəmləkəyə çevrilməsindən sonra yaranmağa başlamışdır. 

Latın Amerikası ölkələrində ranço - fazenda adlanır, bu təsərrüfatların mərkəzində böyük malikanə yerləşir. ABŞ və Kanadada ranço - fermalardır. Bu təsərrüfatların əsas ixtisaslaşma sahəsi iri buynuzlu malqara saxlanılmasıdır.

İlk dəfə rançoları ispanlar yaratmışlar. Onlar Yeni dünyanın kəşfindən sonra burada mövcud olan geniş örüş sahələrini görüb, oradan yerli hindu tayfalarını qovaraq böyük təsərrüfat sahələri yaratmaqla başladılar. 

0 points