Tornado answered
Alp çəmənləri dağlıq ərazilərdə, iqlimin soyuq olduğu yerlərdə nazik torpaq örtüyünə (əsasən torflu torpaqlar üstünlük təşkil edir) xalı kimi alçaq boylu ot bitkilərinə malik olurlar. Bu landşaft təxminən tundranı xatırladır. Bu qurşaq Alp dağlarında aşağı sərhəddi 2300 metrdən 2600-3200 metrə qədər ərazini əhatə edərək daha aydın nəzərə çarpdığına görə alp çəmənləri adlandırırlar.
Alp çəmən landşaftının sərhəddi bütün dağlarda eyni olmur. Bu dağın hansı enlikdə yerləşməsindən və yamacın quruluşundan asılı olaraq dəyişə bilir.