Tornado answered
Sakit okeanda yerləşən Yeni Zelandiya adaları qrupuna daxil olan Oklend arxipelaqının ən cənubda yerləşən adasıdır. Sahəsi 93.74 km²-ə bərabər olan bu adadada əhali yaşamır.
Adams adası YUNESKO-nun ümumdünya irsinin siyahısına daxildir. Adada çoxlu sayda endemik heyvanlar yaşayır. Ada burada yaşayan endemik quşları qorumaq məqsədi ilə beynəlxalq təşkilatlar tərəfindən yaradılan ornitoloji ərazidir. BirdLife İnternational tərəfindən qorunan bu ərazidə Oklend ördəyi və bir çox başqa su quşları qorunub artırılır.