Adaları fərqləndirən müxtəlif əlamətlər mövcuddur. Bunlara aşağıdakıları misal göstərmək olar: böyüklüyünə görə, harada yerləşməsinə görə, mənşəyinə (necə yaranmasına) görə, təbiətinə və s.
Mən adaları əsasən mənşəyinə görə fərqləndirmək istəyirəm. Mənşəyinə görə adalar 3 üç qrupa ayrılırlar. Birinci, materik mənşəli adalar, onlar tektonik proseslər nəticəsində materikdən ayrılmış adalardır. Bu tip adalara Qrenlandiya, Kalimantan, Madaqaskar, Böyük Britaniya və s. -ni misal göstərmək olar. İkinci ,Vulkan mənşəli adalar. Bunlara Havay adaları, İslandiya adası, Aleut adaları, Zond adaları və s. -ni göstərmək olar.
Üçüncü, mərcan mənşəli adalardır ki, bunlardan ən böyüyü Avstraliyanın şərq sahillərində olan Böyük Sədd rifi, Maldiv adaları, okeaniyada olan çox sayda adaları göstərə bilərik.