Amerika Birləşmiş Ştatları dövlət quruluşuna görə Federativ Respublikadır. Ölkədə qanunverici hakimiyyət iki palatadan ibarət Konqresə mənsubdur: Senatdan (100 üzvü var) və Nümayəndələr Palatasından(435 üzvü var). Konqresin sədri ABŞ-ın vitse-prezitenti hesab olunur. Müştərək qətnamə tələb edildiyi zaman Senat və nümayəndələr palatasının birgə sessiyası çağırılır.
Konqres müharibə elan etmək, silahlı qüvvələri çağırmaq, ittifaq qanunlarını icra etmək üçün milis çağırmaq, vergi təyin etmək və yığmaq, xarici dövlətlərlə ticarət etmək, pul kəsmək, ölçü vahidlərini təyin etmək, Ali Məhkəmədən daha aşağı məhkəmələri və poçt xidmətlərini müəyyən etmək hüququna malikdir.
Konqresdə əhalinin ancaq burjua hissəsi (nə sənayedə nə də kənd təsərrüfatında çalışan fəhlələr iştirak edə bilməz) təmsil oluna bilər. Hər iki palatadan ən çoxu hüquqşünaslar olmaqla, bankirlər, sahibkarlar, aqro-biznesmenlər, maliyyəçilər təmsil olunurlar. Zənci əhalini Nümayəndələr Palatasında 23 nəfər, Senatda isə 2 nəfər təmsil edir.
İcraedici hakimiyyət prezidentə məxsus olub o, həm də ordunun və donanmanın ALi Baş Komandanıdır. Prezident Konqresin qəbul etdiyi qanun layihijələrinə veto (qadağa) qoymaq hüququna malikdir. Prezident icra aparatına rəhbərlik etməklə birlikdə federal icra, diplomatiya, nazirlik, məhkəmə işçilərini vəzifəyə təyin etmək, Senatın razılığı ilə sülh müqavilələri bağlamaq, əfv (azadlıqdan məhrum olan insanların cəzalarının qalan hissəsini bağışlamaq) fərmanı vermək hüququ var. Bir nəfər üç dəfədən artıq prezident seçilə bilməz. ABŞ-ın 1-ci prezidenti 1787-ci ildə Corc Vaşinqton və sonuncu, 45-ci prezidenti, 2017-ci ildə Donald Tramp seçilmişdir.