1 apreldə niyə zarafat edirik?
Roma imperatoru Sezar eramizdan əvvəl 46-cı ildə təqvimin əvvəlini yanvar ayı olmasına qərar verdi. Ancaq bu qərardan sonrada 16-ci yüzilliyin ortalarına qədər Avropada yazın başlanğıcı olaraq qəbul edilən Martın 25-də ilin əvvəli qeyd edilirdi. 1564-cü ildə Fransa kralı IX Karl təqvimdə etdiyi dəyişikliklə yeni ilin ilk gününü 1 yanvar etdi. O günün şərtləri ilə bu xəbər çox insana yayılmadı. Xəbəri olanlarda bu qərara etiraz etdilər. Etiraz edənlər 1 apreldə bayram qeyd etdilər və bu bayramda bir-birlərinə hədiyyələr verdilər. Digərləri isə bunları “Aprel ağılsızları“ adlandırdılar.
İllər sonra Yanvar ilin ilk ayı kimi qəbul edildisədə Fransızlar 1 apreli mədəniyyətlərinin bir hissəsi kimi saxladılar. 200 il sonra bu adət İngiltərəyədə gəldi və daha sonra bütün dünyaya yayıldı.
