İlk insanların boyu nəqədər idi?

Ответить

Нажмите здесь, чтобы написать свой ответ

Tornado answered

Elmi araşdırmalara görə ilk insanların boyları və çəkiləri aşağıdakı şəkildədir:

Saxelatrop (Sahelanthropus tchadensis):Yaşı təqribən 7 milyon il, boyu 1,15-1,25 metr, çəkisi 23-35 kiloqram.

Ardipiteki (Ardipithecus ramidus): Yaşı təqribən 4,4 milyon il, boyu 1,10 metr.

Afar avstralopiteki (Australopithecus afarensis): Yaşı təqribən 4,1- 2,9 milyon il arasındadır, boyu 1,05-1,3 metr, çəkisi 30-45 kiloqram.

Bahr-əl-qazal avstralopiteki (Australopithecus bahrelghazali): Yaşı təqribən 3-3,5 milyon il arasındadır, boyu 1,00-1,20 metr, çəkisi 30-40 kiloqram.

Homo habilis: Yaşı təqribən 2,4-1,6 milyon il arasındadır, boyu 1,15-1,30 metr, çəkisi 30-40 kiloqram.

Homo georgicus: Yaşı təqribən 1,8 milyon il arasındadır, boyu 1,45-1,55 metr, çəkisi 50 kiloqram.

Çalışan insan (Homo ergaster): Yaşı təqribən 2-1milyon il arasındadır, boyu 1,55-1,70 metr, çəkisi 50-65 kiloqram.

Erektus (Homo erectus): Yaşı təqribən 1,7-0,5 milyon il arasındadır, boyu 1,50-1,65 metr, çəkisi 45-55 kiloqram.

Neandertal insanı (Homo neanderthalensis): Yaşı təqribən 120-30 min il arasındadır, boyu 1,55-1,65 metr, çəkisi 70-90 kiloqram.

İnsan (Homo sapiens): Yaşı təqribən 120 min ildən indiyə qədər, boyu 1,55-1,70 metr, çəkisi 50-70 kiloqram.

0 points