Şaquli qurşaqların yaranmasına nə səbəb olur?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Dağlıq ərazilərdə hündürlük artdıqca temperatur, yağıntı, torpaq və bitki örtüyünün dəyişməsi baş verir. Dağlarda hündürlük qurşağının yaranmasını ilk dəfə Aleksandr fon Humbolt Cənubi Amerikada tədqiqat apararkən müşahidə etmişdir. Hündürlük qurşaqlarının ayrılmasının bir sıra mühüm səbəbləri var, bunlardan temperatur, yağıntıdan əlavə dağın özünün yerləşmə xüsüsiyyətləri də əsas rol oynayır. Dağlarda havanın temperaturu və vegetasiya dövrü  hündürlüyün artması ilə tərs mütənasib olub yuxarıya qalxdıqca azalır. 

Dağın ətəyindəki temperaturun hündürlük qurşaqlarının yaranmasında təsiri böyükdür. Əgər dağın ətəyi tropik səhralardan başlanırsa  bu dağda səhradan sonrakı bütün qurşaqlara rast gəlmək olur(əlbəttə bu belə olmaya da bilər, çünki burada temperaturdan əlavə yağıntının paylanması ,dağın yamacının istiqaməti də əsasdır). 

Rütubət, yağıntı, yağıntının miqdarının  hündürlükdən asılı olaraq dəyişməsi, buxarlanma şaquli qurşaqlığın yaranmasında əsas amillərdən sayılır. Belə ki,dağı külək tutan yamacı ilə yuxarı qalxan hava soyuyaraq əsasən orta dağlıqda yağıntı verir və bu da enliyarpaq meşələrin yaranmasına səbəb olur. Daha yuxarıda quru və soyuq hava olur ki, bu ağac bitkilərinin böyüməsinə imkan vermir əvvəl hündür boylu otlar daha sonra isə xalı kimi yerə sərilmiş otlar bitir. Bu amillər torpaq və bitki örtüyünün dəyişməsinə təsir göstərir. Bunlardan əlavə şaquli qurşağın yaranmasına coğrafi enlik, küləyin sürəti, qayaların quruluşu, bulağın və çayın yaxın və uzaqlığı, tektonik fəaliyyət də əsas amillərdəndir.

0 points