Zimbabve hansı materikdə yerləşir?
Tornado answered
Zimbabve Respublikası Afrikanın cənubunda yerləşir. Ərazisinin çoxunu yaylalar tutur. Əh hündür yerinin hündürlüyü 2592 m olan İnyanqani dağıdır. Zimbabve şərqdən Mozambiklə, qərbdən Botsvana, şimaldan Zambiya, cənubdan isə CAR-la həmsərhəddir. Zambiya və Limpopo çayları arasında yerləşir.
Şimalda subekvatorial cənubda isə tropik iqlim hakimdir. Ən soyuq aylar iyun və iyul hesab olunur. Düzənliklərdə yağıntının illik miqdarı 400 mm, dağlarda isə 2000 mm-ə çatır.
Təbii ehtiyatlarla zəngindir. Platin və xromit çıxarılmasına görə dünyada 3-cü yeri tutur. Bundan başqa ölkədə dəmir, qızıl, mis, nikel, kobalt, qiymətli daşlar (zümrüd, almaz, rubin) var.