Tornado answered
Çox da böyük olmayan Zeya şəhəri Rusiya Federasiyasının Amur vilayətinin Zeyski rayonunun inzibati mərkəzidir. Şəhərin ərazisi 45 km²-ə bərabərdir. Zeya şəhəri Tukurinqra silsiləsinin cənubunda Zeya çayının sağ sahilində, mənsəbinə 660 km qalmış Amur-zeya düzənliyində yerləşir.
Şəhərin əsası 1879-cu ildə qoyulub. İlk vaxtlar Yuxarı Amur qızılçıxarma kombinatının anbarı olmuşdu. İqtisadiyyatı elektrik enerjisi istehsalı, qızıl çıxarılması və meşə sənayesindən ibarətdir. İqlimi soyuq və rütübətlidir.