Tornado answered
Zəngəzur silsiləsi-Kiçik Qafqaz dağ sisteminin Azərbaycan və Ermənistan sərhəddində yerləşir. Mürəkkəb geoloyi quruluşa malik olub, əlvan metallarla zəngin sıldırım yamaclara malikdir. Dağ silsiləsinin orta hündürlüyü 3200m-ə bərabərdir. Zəngəzur silsiləsinin ən hündür zirvəsi olan Qapıcıq zirvəsi Kiçik Qafqazın da ən hündür zirvəsidir.
Zəngəzur silsiləsi mütləq hündürlüyün dəyişməsinə və parçalanmasına görə 3 yerə bölünür: Salvartı dağı, Qapıcıq dağı, Soyuq dağ.
Zəngəzur dağlarının şimal qərbində neogen dövrünün effuziv süxurları, mərkəzi hissədə paleogen dövrünün vulkanik süxurlarından, cənub şərq hissədə isə yuxarı qliosen-miosenə qədər olan intruziv süxurlardan, cənub-şərq hissədə intruziv süxurlardan təşkil olunmuşdur.
