Zəif nəqliyyat sistemi olan dövlət güclü inkişafa nail ola bilərmi?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Nəqliyyatın iqtisadi inkişafda rolu əvəzedilməzdir. Tarixi inkişafa nəzər salsaq bunun nə qədər doğru olduğunu görə bilərik, çünki yer kürəsinin mənimsənilməsi nəqliyyatın inkişafı ilə paralel olaraq baş vermişdir.

Bu məsələyə çox primitiv yandan baxaq, heç bir dövlət özünə lazım olan məhsulların hamısını özü istehsal edə bilməz və ya istehsal etdiyi məhsulun hamısını özü istehlak edə bilməz, bundan əlavə hər şeyi istehsal etmək üçün xammalı ola bilməz, təbii şəraiti kənd təsərrüfatı məhsullarının bütün hamısının istehsalına imkan verməz. Bütün bunlardan belə nəticəyə gələ bilərik ki, nəqliyyat sistemi zəif olan dövlət heç bir zaman güclü inkişaf edə bilməz. Ona gürə ki,dövlət özünə lazım olan xammalı, əmək alətlərini, işçi qüvvəsini və s.-i nəqliyyat olmadan əldə edə bilməz.

0 points