Tornado answered
Zazalar-Goranilər Türkiyə, İran, İraq, Suriya və az bir qismi isə dünyanın başqa yerlərinə köçənlərdən ibarətdir.
Türkiyədə Zazalar türklər və kürdlərdən sonra 3-cü yeri tuturlar. Onlar Türkiyədə əsasən Bingöl və Tunceli vilayətlərində məskunlaşmışlar. Tuncelidə yaşayan zazalar əsasən Hasanlı və Dərsimli tayfalarının birləşməsindən formalaşmışlar. Bu tayfaların XIII əsrdə Xorasandan köç etdiyi düşünülür və oğuz türkləri olduğunu deyirlər.
XIX-əsrə qədər yazıları yox idi. Bu zamandan ərəb əlifbasından, XX əsrdən isə latın əlifbasından istifadə edirlər.