1929-cu ildən yaradılmış olan Zaqatala dövlət təbiət qoruğu Böyük Qafqazın cənub ətəklərində Zaqatala və Balakən rayonlarının ərazisində yerləşir. Saqatala qoruğu dəniz səviyyəsindən 650-3646m hündürlüklər arasında yerləşir. Qoruq Böyük Qafqaz dağlarının cənub yamacınında olan nadir bitki və heyvanat aləmini və ümumiyyətlə təbii kompleksi, qorumaq məqsədi ilə yaradılıb.
Burada ağac bitkilərindən palıd, vələs, qoz, ayı fındığı, sabalıd, qarağac, fıstıq, göyrüş, cökə kol bitkilərindən isə Əzgil, zoğal, alça, dəmirqara, murdarça və s. bitir. Heyvanlardan Dağıstan dağ kəli, qarapaça, cüyür, tülkü, vaşaq, qaban, ayı, porsuq, meşə pişiyi, gəlincik və başqa heyvanlar yaşayır.
12 bitki növü və məməli heyvanlardan vaşaq və kəpkər, quşlardan bərgud, qırğı, Qafqaz uları, qafqaz tetrası Azərbaycanın "Qırmızı kitab"ına, toqlugötürən və Qafqaz Şahini isə Dünya "Qırmızı kitab"ına düşmüşlər.