Zandr çölləri necə yaranır?

Coğrafiya Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Buzlaqlar ərimə sahəsinə çatdığı zaman sürətlə əriməyə başlayır. Ərimədən əmələ gələn suyun miqdarı ən çox yay aylarında, ən az isə qış aylarında olur. Sular son moren süxurlarının içərisindən keçərkən buzlağın gətirdiyi süxur parçalarının hissəciklərini də özü ilə aparır. Bu materiallar çınqıl, qum və gildən ibarət olub suların axın sürəti azaldığı zaman əvvəl çınqıl, sonra qum və ən son gil olmaqla çökürlər. Bunun nəticəsində hamar çınqıllı, qumlu, gilli sahələr əmələ gəlir ki, bu yolla əmələ gələn düzənliklərə zandr çölləri deyilir.

Axın materialları ilə yaxın və uzaq məsafələrə aprılan moren materiallarının üzərində çay eroziyasının izləri olduğundan onları çay şöküntülərindən fərqləndirmək çətin olur. Süxurlar üzərində qalan buzlaq cizgiləri və çapıqlarına görə çay çöküntülərindən fərqlənirlər. 

0 points