Yunan şəhər-dövlətləri və Əhəməni sülaləsi tərəfindən idarə edilən İran(Fars) İmperiyası arasında baş vermiş müharibələrdir. Bizim eradan əvvəl 499-cu ildən başlayan müharibə bizim eradan əvvəl 449-cu ildə "Kalli" sülhü ilə bitmişdir. Mərdoninin sərkərdəliyi ilə İran ordusu b.e.ə 493-cü ildə Yunanıstanı işğal etmək üçün yürüyüşə başladı lakin gəmilərin fırtınada məhvi ilə yalnızca Frakiya ələ keçirildi. İranlıların ikinci yürüşündə isə Yunan və İran ordusu Marafon düzündə qarşılaşdılar və Miltiadın başçılıq etdiyi yunanlar qalib gəldi.
b.e.ə 480-ci ildə İran şahı Kserks böyük bir ordu və donanma ilə təkrar Yunanıstana hücum etdi. Fermopil (300 Spartalı və çar Leonid öldürüldü) döyüşündə qalib gəlsələrdə Salamin dəniz döyüşü və Plateya döyüşündə ağır məğlubiyyət alan İranlılar bir daha Yuanıstana qurudan hücum etmədilər. Dəniz döyüşləri isə 30 il davam etdi. Müharibənin nəticəsində Afina ən güclü yunan şəhər-dövlətinə çevrildi.