Tornado answered
Uzunluğu 3100 km olan Yukon çayı Sakit okean hövzəsinə aid olan çaydır. Çay iki ölkə ərazisindən axır, ABŞ və Kanada. Yukon Çayı başlanğıcını Kanadanın Marş gölündən götürür, sonra şimal qərb istiqamətdə axaraq Berinq dənizinə tökülür. Mənsəbdə delta əmələ gətirir. Yay aylarında gəimiçiliyə yararlıdır. Çayın böyük bir hissəsi subarktika iqlim qurşağında yerləşr.
Pelli çayı ilə birləşənə qədər Yukon dərin dağ dərələri ilə axaraq astanalar əmələ gətirir. Oradan sonra isə çay düzənlik xarakterlidir. Əsas qolları Tanana, Pelli və başqalarıdır.