Tornado answered
Yer qabığı maqmatik, çökmə və metamorfik süxurlardan təşkil olunub.
Maqmatik süxurlar yer qabığında ən şox yayılan süxurlar olub, maqmanın yer səthində (püskürülmüş və ya effuziv) və dərinlikdə (dərinlik və ya intruziv) soyuması nəticəsində yaranırlar.
Cökmə süxurlar maqmatik və metamarfik süxurların müxtəlif yollarla dağılıb parçalanıb yenidən toplanması nəticəsində yaranırlar. Çökmə süxurlar üç yolla, fiziki, kimyəvi və üzvi yolla yaranırlar.
Metamorfik süxurlar digər süxurların yüksək təzyiq və temperatur şəraitində dəyişilməsi nəticəsində yaranan süxurlardır.