Yer atmosferi əsasən iki qazdan ibarətdir 78% azot, 21% oksigen. Bundan əlavə atmosferdə 0.03% karbon və yerdə qalan az bir hissəni isə təsirsiz qazlar təşkil edir. Azot canlılar üçün vacib elementdir. Lakin canlılar onu havada olduğu şəkildə mənimsəyə bilmirlər. Onun canlıların mənimsəyəcəyi hala salınması üçün təbiətdə müvcud olan bakteriyala onları fiksasiya edirlər. 1 ha torpaq üzərində 70 min tondan çox sərbəst azot olur ki, bunun da çox az bir hissəsi canlıların mənimsəyəcəyi hala keçə bilir.
Azot fiksasiya edən bakteriyalar fasiləsiz olaraq bu prosesi yerinə yetirdiyindən təbiətdə azot dövranı daima baş verir. Havada olan oksigenin miqdarının dəyişməsində yaşıl bitkilərin rolu əvəzedilməzdir. Onlar fotosintez nəticəsində daima havanı oksigenlə zənginləşdirirlər. Karbon qazı yaşıl bitkilərdə üzvi maddələrin əmələ gəlməsində iştirak edir. Təbii yolla karbon atmosferə vulkan püsksrməsi, yanğınlar və bitkilərin tənəffüsü zamanı daxil olur.