Şimal Buzlu okean hövzəsinə aid olan Yenisey çayı dünyanın ən iri çayları qrupuna daxildir. Rusiya Federasiyasının ikinci (1-ci Ob çayıdır) yeri tutan Yenisey çayı Qərbi Sibir və Orta Sibir arasında sərhəd təşkil edir. Sutoplayıcı hövzəsinin sahəsi 2 580 000 km²-ə bərabər olan çay Sayan dağlarından başlayaraq Şimal buzlu okeana qədər uzun bir yol keçir. Çayın uzunluğu 3487 km-ə bərabərdir.
Yenisey Qərbi Sibir ilə Şərqi Sibir arasımnda sərhəd təşkil edir. Çay Sibirin bütün iqlim qurşaqlarından keçir. Yenisey çayı mənsəbdə körfəz əmələ gətirərək Kara dənizinə tökülür.
Yenisey çayının qidasının əsasını qar suları, sonra yağış və ən az hissəsini yeraltı sular təşkil edir.
Çayın ən çox suyunu Anqara və Aşağı Tunquska çayları verir. Çayın üzərində Sayana-Şuşenskoye və Krasnoyarsk su anbarları tikilmişdir.