Yeni Zelandiya təbiətinin gözəllikləri haqqında nə bilirsiniz?

Cavabla

Cavabı yazmaq üçün buraya klikləyin

Tornado answered

Okeaniya adalarına aid olan və Sakit okeanın cənub şərqində yerləşən, iki böyük və çoxlu sayda kiçik adadan ibarət olan bir ölkədir. Gəlmə əhali, xüsusilə də Avropadan gələnlər ölkə əhalisinin əksəriyyətini təşkil edir. Yerli əhalisi sayca çox az olan maorilərdir.

Unikal təbiət mənzərəsinə malik olan bu ölkədə insan özünü cənnətdə hiss edir. Delfinlərlə üzə bilinəcək çimərlikləri, vulkanları, kol basmış gölləri, dünyanın ən sıx meşələri, balinaları və s.ilə insanı valeh edə biləcək bir təbiət mənzərələri görmək mümkündür. Maraqlı cəhət odur ki, bu qədər vəhşi təbiətə malik bir ölkədə ilan yoxdur.

Yeni Zelandiya digər materiklərdən uzaqda yerləşdiyinə görə özünəməxsus vəhşi təbiətə malikdir. Bu ölkədə günəş bütün ölkələrdən tez doğur. Ölkənin paytaxtı Vellinqton şəhəri dünyanın ən cənubda yerləşən paytaxtıdır.

0 points