Tornado answered
Rusiya Federasiyasının Şimal qərbində Şimal Buzlu okeanda yerləşən adalar qrupudur. Kara və Barents dənizlərinin arasında yerləşir. İnzibati cəhətdən Rusiyanın Arxangelsk vilayətinə daxildir.
Arxipelaq bir-biri ilə ensiz yeri 2 km olan Matoçkin Şar boğazı ilə ayrılan 2 böyük Şimal və Cənub adalarından, bir sıra kiçik adadan ibarətdir. Cənub qərbdən şimal şərq istiqamətində 925 km uzanır. Simal adasının yarıdan çoxu buzlaqlarla örtülüdür. Güclü küləklər əsir.
