Yeddiillik müharibə 1756-1763 illərini əhatə edən və Avropanın bir çox dövlətinin qatıldığı böyük müharibədir. Müharibənin səbəbi Fransa və Böyük Britaniyanın müstəmləkə yarışı həmçinin Avstriya və Prussiyanın Orta Avropada hegemon olmaq istəməsi idi. Böyük Britaniya güclü dəniz dövləti olmasına baxmayaraq qitə Avropasındakı döyüşlərdə iştirak etmirdi və müttəfiqi Prussiyaya güvənirdi. Böyük Britaniya-Prussiya ittifaqına qarşı Fransa, Avstriya, Rusiya, İspaniya və İsveç dövlətləri iştirak etmişdir.
Fransa Britaniyanın hərbi dəniz gücünə qarşı müharibə etməyin çətin olacağını və əvvəl-axır müstəmləkələrini itirəcəyini bildiyindən əsasən Qitə Avropasında qələbə qazanmağı və sonra rəqiblərini sülhə məcbur edərək müstəmləkələrini qorumağı düşünürdü. Britaniya isə tam əksinə Qitə Avropasındakı hərbi əməliyyatları qatılmayıb dənizlərdəki gücünü istifadə edərək rəqiblərini blokadaya salmağa çalışırdı. Buna görədə Britaniya Qitə Avropasının güclü quru qoşunlarına malik olan Prussiya ilə ittifaq qurmuşdu.
Prussiya Rusiya-Avstriyaya qarşı başlanğıcda uğur qazansa da sonradan ağır zərbələr alaraq hərbi ehtiyyatlarını demək olarki tükəndirdi. Lakin əvvəlcə Rusiyanın sonrada Avstriyanın sülh imzalaması ilə müharibə demək olarki bitdi. Britaniya və Fransa arasındakı sülhə görə isə Fransa müstəmləkələrindən bəzilərini ( Hindistan və Şimali Amerikada) Britaniyaya verməyə məcbur oldu. Diplomatik və iqtisadi olaraq Fransanın zəifləməsi Fransız inqilabına zəmin hazırladı.