Yaz yorğunluğu nədir?
Tornado answered
Yaz aylarında maddələr mübadiləsindəki dəyişikliklərə görə yorğunluğu, halsızlıq olur. Bunun ən əsas səbəbi havaların istiləşməsi ilə daha çox su buxarlanır və bunun nəticəsində havadakı rütubət və elektrik yükü artır.
Bundan başqa maddələr mübadiləsində dəyişiklik və orqanizmin isti havaya uyğunlaşmasıda bu problemi yaradır. Bu zaman əsas şikayətlər halsızlıq, gərginlik, bağırsaq problemləri, oynaqlarda ağrı və yuxu problemidir.
Düzgün olmayan qidalanma, vitamin çatışmazlığı, hərəkətsiz həyat, stress, kofein, nikotin və spirt istifadəsi yaz yorğunluğunu artıran səbəblərdəndir. Xəstəliklərdən isə, yüksək təzyiq, tiroid problemləri və bəzi infeksiyalar bu yorğunluğu artırır.